Feysbukda nə baş verir? – Zukerberq milyonlarla izləyici itirdibackend

Feysbukda nə baş verir? – Zukerberq milyonlarla izləyici itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın bir sıra böyük Kütləvi İnformasiya Vasitələri bazar ertəsi və çərşənbə axşamı fesybukda izləyicilərin sayında qəfil azalma qeydə aldındığını bildiriblər.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu, sosial media nəhənginin bot hesablarını təmizləmiş ola biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub.

“CrowdTangle” analitik platformasının məlumatına görə, oktyabrın 3 və 4-də “New York Times”, “Washington Post”, “Huffington Post”, “The Hill”, “USA Today”, “New York Post” və “Newsweek” izləyicilərinin sayı azalıb.

Ən böyük izləyici itkisini isə “USA Today” yaşayıb. Nəşr bazar ertəsi 13723, çərşənbə axşamı isə 11392 izləyicisini itirib. Bazar ertəsi “The New York Times” 6225, “New York Post” 8200, “Washington Post” 5804, çərşənbə axşamı isə “The New York Times” 4944 nəfər, “New York Post” 4378, “Washington Post” 4337 izləyicisindən məhrum olub.

Ümumilikdə yeddi nəşr bazar ertəsi 38812, çərşənbə axşamı isə 29692 bəyənmə itirib.

“Newsweek” “Facebook”un sahibi “Meta” şirkətindən bu azalmanın niyə baş verdiyini və bunun saxta bot hesablarının silinməsi ilə bağlı olub-olmadığını soruşub.

Belə ki, 2022-ci ilin aprel və iyun ayları arasında “Facebook” İcma Standartlarının Tətbiqi Hesabatına əsasən, 1,4 milyard şübhəli bot hesabına qarşı tədbir görüb. Son üç ayda 1,6 milyard saxta hesab ləğv edilib.

“Meta”dan sözügedən iddialara rəsmi münasibət bildirilməyib.

Məlumat üçün qeyd edək ki, izləyici sayının azalması “Facebook”un qurucusu Mark Zukerberq səhifəsində də müşahidə edilib. Belə ki, bir neçə gün əvvəl 119 milyon abunəsi olan səhifənin hazırda 9987 izləyicisi var.