Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı və Gəncə şəhərlərində yerləşən 3 və 4 çıxışlı yanğınsöndürmə depo binalarının (ümumilikdə 5 ədəd) bərpası və tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasını planlaşdırır.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, layihənin ehtimal olunan qiyməti 475 min 50 manat 15 qəpik olaraq müəyyən edilib.
Bu işlər çərçivəsində mövcud depo binalarının yenidən qurulması, texniki imkanlarının artırılması və yeni tikililərin inşası nəzərdə tutulur.