FHN Bakıda kranın aşması ilə bağlı məlumat yaydıbackend

FHN Bakıda kranın aşması ilə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN)”112″ qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani, 37 ünvanında kranın aşması barədə məlumat daxil olub.

FHN-dən NOCOMMENT-ə verilən məlumata görə, dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.