FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdibackend

FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən NOCOMMENT-ə daxil olan müraciətdə deyilir:

“Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.

Belə ki, qadağandır:

• nəzərdə tutulmamış ərazilərdə çimmək;
• çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
• küləkli havada dənizə girmək;
• çimərlikdə gecələmək,
• sərxoş halda çimərlikdə olmaq;
• suda kobud hərəkətlər etmək;
• çimərlikdə balıq tutmaq;
• xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

• Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

• Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”