Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun 3 müavini – general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev vəzifələrindən azad ediliblər. Bu məlumat fevralın 14-də yayılıb.
Yenə mətbuatın yazdığına görə, K.Heydərova 2 yeni müavin də təyin olunub. Bunlar Yusif Nəbiyev və Cəbrayıl Xanlarovdur.
E.Mirzəyev mətbuata açıqlamasında məlumatı təsdiqləyib və yaşa görə təqaüdə çıxdığını bildirib. Bu açıqlama istisna olmaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən müavinlərin vəzifədən azad olunması və yeni təyinatlarla ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib. Bununla bağlı sərəncamlar da dərc edilməyib.
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlanıb.
Qurumun nümayəndəsi sorğunu aldıqlarını və cavablandıracaqlarını söyləyib. Lakin 2 gün ötməsinə baxmayaraq nazirlikdən səs-soraq çıxmayıb.
Bundan başqa, FHN-nin rəsmi saytında da dəyişiklik edilməyib. Nazirliyin rəhbərlik bölməsində Faiq Tağızadə, Etibar Mirzəyev və Orucəli Hacıyev hələ də müavin kimi qalır.
Yusif Nəbiyev və Cəbrayıl Xanlarovun adı isə saytda yoxdur. /Yeni Sabah/













