FHN-dən nazirlikdəki yanğınla bağlı AÇIQLAMAbackend

FHN-dən nazirlikdəki yanğınla bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi (FHN) Ədliyyə Nazirliyinin inzibati binasında baş verən yanğınla bağlı açıqlama verib.

FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva NOCOMMENT-ə bildirib ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar xəttinə məlumat daxil olub: “Əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub. Binanın 1 otağında yanğın hadisəsi baş verib. Operativ müdaxilə nəticəsində yanğının ətrafdakı otaqlara yayılmasının qarşısı alınıb”.