FHN əməkdaşları Bakıda 3 yaşlı uşağı xilas ediblər – VİDEObackend

FHN əməkdaşları Bakıda 3 yaşlı uşağı xilas ediblər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olaraq 2021-ci il təvəllüdlü M.Zeynalovu xilas edərək ailə üzvlərinə təhvil veriblər.