FHN əməkdaşları tərəfindən meyiti tapılan qadının qətlə yetirildiyi məlum olubbackend

FHN əməkdaşları tərəfindən meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

NOCOMMENT-in məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

30 yaşlı Turanə Cəfərovanın meyiti onun yaşadığı evdə aşkarlanıb. Qadının elektrik naqili ilə boğulduğu ehtimal edilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.