FHN-in çimərliklərdən istifadə ilə bağlı əhaliyə müraciət etdi – VİDEObackend

FHN-in çimərliklərdən istifadə ilə bağlı əhaliyə müraciət etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi çimərliklərdən istifadəyə dair əhaliyə müraciət edib.

NOCOMMENT-in məlumatına görə, müraciətdə deyilir:

“Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.

Belə ki, yeni növ koronavirusdan qorunmaq məqsədilə:

– çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 m, çətirlərin oxları arasındakı minimal məsafə 4 m olmalıdır!
– qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir!
– özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir!

Həmçinin, qadağandır:

– nəzərdə tutulmamış ərazilərdə çimmək!
– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!
– küləkli havada dənizə girmək!
– çimərlikdə gecələmək!
– sərxoş halda çimərlikdə olmaq!
– suda kobud hərəkətlər etmək!
– çimərlikdə balıq tutmaq!
– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

– Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
– Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”