FHN-in dəstək qüvvələri Türkiyəyə yola salınır – FOTObackend

FHN-in dəstək qüvvələri Türkiyəyə yola salınırFOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri Türkiyə Respublikasına yola salınır.

NOCOMMENT.az xəbər verir ki, Türkiyəyə Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar göndərilir.

Qeyd edək ki, iyulun 28-i və 29-da Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub. Bəzi ərazilərdə yanğınlar hələ də davam edir./axar.az