FHN-in hospitalında maaşlar ödənilmir?backend

FHN-in hospitalında maaşlar ödənilmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalında fəaliyyət göstərən həkimlərin maaşları ödənilir.

NOCOMMENT-in oxu.az-a istinadən məlumatına görə, maaşların ödənilməsinə ötən gündən başlanılıb.

Qeyd edək ki, ölkədə koronavirusa yoluxma sayının azalması səbəbindən hospitalda bəzi bölmələrin fəaliyyətinin dayandırılması barədə qərar verilib.

Həkimlər bu səbəbdən onlara maaşların ödənilməməsi barədə bildirmişdirlər.

Xatırladaq ki, əgər ölkədə yoluxma sayı artarsa, hospitalda bağlanan bölmələr yenidən açıla bilər.