FHN-in Modul Tipli Hospitalının baş həkiminin məhkəməsi başlayıbbackend

FHN-in Modul Tipli Hospitalının baş həkiminin məhkəməsi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

NOCOMMENT xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, R.Vəlizadə hospitalda Nəqliyyat şöbəsinin rəhbəri olub. Q.Orucov və T.İmanlı isə hospitalda qeydiyyatçı işləyiblər.

Prosesdə həbsdə olan təqsirləndirilən şəxslərin vəkilləri vəsatət verərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.

T.İmanlının vəkili vəsatətində müdafiə etdiyi şəxs barəsində cinayət təqibinə xitam verilməsini istəyib.

T.İmanlı məhkəməyə müraciət edərək istintaqda şok vəziyyətində olduğunu, həmin vəziyyətdə ifadə verən zaman düzgün fikirlər bildirmədiyini söyləyib. O, istintaq ifadəsindən imtina edib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmənin baxış iclası oktyabrın 7-nə təyin edilib.