FHN-in yanğınsöndürən maşını qəzaya uğrayıb, yaralananlar varbackend

FHN-in yanğınsöndürən maşını qəzaya uğrayıb, yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınöndürən avtomobili qəzaya uğrayıb.

NOCOMMENT-in məlumatına görə, hadisə Bakı-Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, çağırışa gedən FHN-in Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobili əks istiqamətdə hərəkətdə olan “VAZ” markalı minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində “VAZ”ın sürücüsü, 1988-ci il təvəllüdlü İslamov Sahib Məcnun oğlu və sərnişini 1989-cu il təvəllüdlü Murad Vidadi oğlu Səfiyev xəsarət alıblar.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan hər iki şəxsə baş-beyin silkələnməsi, üzün çoxsaylı cırıqları diaqnozu qoyulub.

S.İslamovun vəziyyəti ağır olduğundan o, reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.