FHN: Mağazada baş verən yanğının yayılmasının qarşısı alınıb – VİDEObackend

FHN: Mağazada baş verən yanğının yayılmasının qarşısı alınıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğınla mübarizə tədbirləri davam edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qüvvələrin effektli tətbiqi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.