FHN məlumat yaydı: 3 rayonda yanğın olubbackend

FHN məlumat yaydı: 3 rayonda yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişli rayonunun Məmmədli kəndində fermanın ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, ümumi sahəsi 24 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Ağcabədi rayonunda da ferma yanıb. Yanğın Hüsülü kəndində baş verib.

Ağdam rayonunun Çəmənli kəndində isə ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.