FHN-nin rəisi 10 manatıq şirkətdən ofis mebellərini alır: 398 min AZN-əbackend

FHN-nin rəisi 10 manatıq şirkətdən ofis mebellərini alır: 398 min AZN-ə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi ümumi təyinatlı inventarların satın alınması üzrə keçirilən tenderin qalibi “ALİ İMRAN” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında bağlanacaq müqavilənin dəyəri 397.868,31 AZN təşkil edir.

Tender çərçivəsində müxtəlif ofis və mətbəx mebelləri, stol-stul dəstləri, dolablar, paltar dolabları, stellajlar, divanlar, masa və kreslolar, həmçinin rəhbər və müdir üçün xüsusi ofis mebel dəstləri və.s alınacaq.

Qalib şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Elçin Məlikov İmran oğludur.

Xatırladaq ki, 2023-cü il sentyabr ayında general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəisi postuna Elnar İmanov təyin edilib.