FHN-nin Tibb Mərkəzi məhkəməyə verildibackend

FHN-nin Tibb Mərkəzi məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Tibbi Xidmətinin Tibb Mərkəzi məhkəməyə verilib.

NOCOMMENT.az xəbər verir ki, ölkə.az-ın məlumatına görə, “Vitta Elmi-Texniki” MMC şirkətlə bağlı məhkəməyə müraciət edib.

Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər – alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.

İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Vitta Elmi-Texniki” MMC 1991-ci ildə təsis edilib və Azərbaycanda ixtisaslaşmış informasiya sistemlərinin, telekommunikasiya, kompüter və tibbi avadanlıqların layihələndirilməsi və istehsalı ilə məşğuldur.