FHN: Qəbələdə itkin düşən şəxsin axtarışları davam edirbackend

FHN: Qəbələdə itkin düşən şəxsin axtarışları davam edir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə itkin düşən şəxsin axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, noyabrın 30-da 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlunun rayonun mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşməsi barədə nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış işlərinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in qüvvələri tərəfindən vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə – Dəmiraparan çayının şimal-şərq hissəsi və Şonqar dağında meşənin dərinliklərinə doğru axtarış işləri davam etdirilir.