Xocavənd rayonunun Hadrut qəsəbəsində və Füzuli rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Dövlət Yanğından Mühafizə Hissəsinin 4 çıxışlı yanğınsöndürmə depo binası inşa olunacaq.
NOCOMMENT.az xəbər verir ki, FHN-in Əsaslı Tikinti İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.
Nazirlik tikinti işlərinin layihə-smeta sənədlərinin hazırlanmasını “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna həvalə edib və müqavilə bağlayıb.
Xatırladaq ki, Şuşa, Ağdam və Ağdərə rayonunda da Dövlət Yanğından Mühafizə Xidməti üçün binaların inşası nəzərdə tutulub.