FHN yataqxanada intihara cəhdlə bağlı məlumat yaydı – VİDEObackend

FHN yataqxanada intihara cəhdlə bağlı məlumat yaydı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 23 ünvanında yerləşən yataqxana binasının damında intihara cəhdlə bağlı məlumat daxil olub”.

FHN-in mətbuat xidmətindən NOCOMMENT.az -a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, bir qrup yataqxana sakini yaşadıqları binanın damına çıxaraq intihara cəhd edirlər. Yaranmış mürəkkəb vəziyyəti operativ təhlil edərək psixoloji söhbət üçün müvafiq taktika seçən xilasedicilərin səyi nəticəsində intihara cəhd nümayiş etdirən şəxsləri fikirlərindən daşındırmaq mümkün olub və onlar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən təhlükəsiz qaydada binanın damından endiriliblər.