Fidan Lavrovla Bakı və İrəvan arasında sülh danışıqlarını müzakirə etdibackend

Fidan Lavrovla Bakı və İrəvan arasında sülh danışıqlarını müzakirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb.

NOCOMMENT.az xəbər verir ki, xarici işlər naziri Hakan Fidan ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. 

Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə olunub.

Görüşdə xarici işlər naziri Fidan sülh sazişinin tezliklə imzalanmasının vacibliyini vurğulayıb.