Türkiyənin xarici işlər naziri Hakan Fidan Liviyada baş verən sel fəlakəti ilə əlaqədar Liviya xalqına başsağlığı verib.
NOCOMMENT.az xəbər verir ki, Fidan Ankarada Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə birgə mətbuat konfransı keçirib.
Türkiyənin Liviyaya ilk humanitar yardımı göndərdiyini açıqlayan nazir Fidan, “Ehtiyac olduğu müddətcə bunu davam etdirəcəyik. Axtarış-xilasetmə personalımız dərhal işlərinə başladı”, – deyib.