Fidan Qəbələdə bu türk ölkəsinin XİN başçısı ilə görüşdübackend

Fidan Qəbələdə bu türk ölkəsinin XİN başçısı ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sammiti çərçivəsində Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, görüşdə tərəflər Qırğızıstan-Türkiyə əməkdaşlığının fəal inkişaf etdiyini, o cümlədən Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın 17-18 oktyabr tarixlərində Qırğızıstana səfərinin planlaşdırıldığını qeyd ediblər.

Bundan başqa, nazirlər cari vəziyyəti, ikitərəfli əlaqələrin dərinləşdirilməsi perspektivlərini və TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər.