Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın İstanbulda Ukrayna ilə danışıqlar aparmaq təşəbbüsünün vacib olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.
“Bu, hazırda mühüm hadisədir. Tərəflər bu məsələ ilə bağlı bəyanat mübadiləsini davam etdirirlər”, – o deyib.
O xatırladıb ki, Rusiya tərəfi iyunun 2-də keçiriləcək görüşlə bağlı elan etdiyi təklifə cavab gözləyir.
“Biz indi Ukraynaya gedirik, orada Ukraynanın hakimiyyət orqanları ilə görüşlərimiz olacaq… Orada da, əvvəllər Rusiyada olduğu kimi, Türkiyənin mövqeyini, fikirlərimizi və təcili atəşkəs zərurətini müzakirə edəcəyik”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə nümayəndə heyəti mayın 29-30-da Kiyevə səfər edəcək.
Bundan əvvəl Fidan bildirib ki, Ukraynada uzunmüddətli atəşkəs mümkündür, lakin hərtərəfli səylər tələb olunacaq.