ABŞ dövlət katibi Marko Rubio ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
NOCOMMENT.az xəbər verir ki, onlar İstanbulda Rusiya və Ukrayna arasında danışıqların nəticələrini müzakirə ediblər.
“Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-ın dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Söhbət zamanı Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün atılan addımlar, dünən İstanbulda baş tutan danışıqların nəticələri müzakirə olunub”, – agentliyin mənbəsi bildirib.
Onun sözlərinə görə, diplomatlar Suriya və Qəzzadakı vəziyyəti də müzakirə ediblər.