2034-cü ildə futbol üzrə dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) onlayn rejimdə keçirilən konqresində məlumat verilib.
Qarşılaşmalar ölkənin 5 şəhərdə 15 stadionda keçiriləcək.
Ölkənin iqlim şəraiti ilə əlaqədar yarışın qışda keçiriləcəyi bildirilir.
Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün müraciət edən yeganə ölkədir.
Bundan əvvəl məlum olub ki, 2030-cu il dünya çempionatına altı ölkə – Mərakeş, Portuqaliya, İspaniya, Uruqvay, Paraqvay və Argentina ev sahibliyi edəcək.
Xatırladaq ki, futbol üzrə son dünya çempionatı 2022-ci ildə Qətərdə keçirilib.
Kuboku finalda Fransa millisinə qalib gələn Argentina millisi qazanıb (3:3, penaltilər 4:2).