Fiko hökumətə qarşı sui-qəsdlərlə bağlı xəbərdarlıq edibbackend

Fiko hökumətə qarşı sui-qəsdlərlə bağlı xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiya hökumət koalisiyasının istənilən nümayəndəsinə sui-qəsd cəhdi edilə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Robert Fiko özünün Facebook hesabında yerləşdirilmiş videomüraciətində bildirib.

Onun sözlərinə görə, bu cür hərəkətlərə görə məsuliyyət parlamentdəki liberal müxalifətin üzərinə düşəcək.

“Mənə qarşı sui-qəsd cəhdi ilə heç nə bitmədi, çünki müxalifət mənim vəzifədən uzaqlaşdırılmaqla hökuməti məhv etmək üçün istədiyi fürsəti əldə etmədi”, – deyə o vurğulayıb.