Fiko Ukrayna ilə danışıqlara hazır olduqlarını açıqlayıbbackend

Fiko Ukrayna ilə danışıqlara hazır olduqlarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna və Slovakiya hökumətləri 2024-cü ilin oktyabrında münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar aparacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko öz Facebook səhifəsində bildirib.

“Oktyabrın ilk həftəsində Slovakiya və Ukrayna hökumətlərinin birgə iclasında ukraynalı tərəfdaşım Denis Şmıqalla danışacağam”, – deyə o vurğulayıb.

Slovakiyanın baş naziri həmçinin əlavə edib ki, Kiyevin anti-Rusiya ritorikası və strategiyası nə Ukraynaya, nə də Avropa İttifaqına uğur gətirmir. Fiko qeyd edib ki, ilin sonuna kimi Çin, Cənubi Koreya və Latın Amerikası ölkələrinə səfər etməyi planlaşdırır.