Fikrət Qoca Birinci Fəxri xiyabanda dəfn ediləcəkbackend

Fikrət Qoca Birinci Fəxri xiyabanda dəfn ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qocanın dəfn ediləcəyi yer məlum olub.

NOCOMMENT xəbər verir ki, AYB-nin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza report-a bildirib ki, mərhum I Fəxri xiyabanda torpağa tapşırılacaq.

“Xalq şairinin nəşi təxminən saat 15:00-16:00-da evindən götürüləcək”, – deyə o bildirib.

X.Rzanın sözlərinə görə, pandemiya şəraitinə görə mərhumla vida mərasimi keçirilməyəcək.

F.Qoca bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.