Fil Foden İngiltərə çempionatının ən yaxşı oyunçusu seçilibbackend

Fil Foden İngiltərə çempionatının ən yaxşı oyunçusu seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Fil Foden İngiltərə Premyer Liqasında cari mövsümün ən yaxşı oyunçusu seçilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytında məlumat yer alıb.

Cari ölkə çempionatında 23 yaşlı futbolçu 34 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.

İngilis futbolçunun transfer qiyməti 130 milyon avro qiymətləndirilir, onun “Mançester Siti” ilə əmək müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.