Filippin Çin səfirini çağırdıbackend

Filippin Çin səfirini çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippin Xarici İşlər Nazirliyi Cənubi Çin dənizindəki mübahisəli Skarboro rifində Pekinin Filippin gəmilərinə qarşı su şırnaqlarından istifadə etməsinə etiraz etmək üçün Çin səfirini çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, Filippin Çin sahil mühafizəsi və dəniz milislərinin balıqçı gəmilərinə qarşı təhlükəli manevrləri və digər aqressiv hərəkətlərinə etiraz edir.

Aprelin 30-da Çin sahil mühafizə gəmiləri Filippin Sahil Mühafizəsinin patrul gəmisi BRP Bagacay-a qarşı su şırnaqlarından istifadə edib. Telekanalın məlumatına görə, Filippin gəmisi Skarboro rifinə doğru gedirmiş.