Filippin prezidenti kiçik Ferdinand Markos ABŞ və Çin rəqabətinin mübahisəli Cənubi Çin dənizində gərginliyi artırmasından sonra ordunu regionda təhlükəsizliyə diqqət yetirməyə çağırıb.
NOCOMMENT xəbər verir ki, Markos Filippin Hərbi Akademiyasının Sebuda keçirilən buraxılış mərasimində çıxış edib.
Mübahisəli Cənubi Çin dənizində ABŞ və Çin arasındakı rəqabətin bölgədəki gərginliyi artırdığına diqqət çəkən Markos, “İllərdir bölgədə təhlükəsizliyi təmin edə bilmişik. Qonşularımızla da bu anlaşmanı davam etdirmişik. İndi bəzi şeylər dəyişib və biz də buna uyğun mövqe tutmalıyıq” deyib.
Bölgədə bir çox inkişaflar olduğunu bildirən Markos, burada hava qüvvələrinin böyük məsuliyyət daşıdığını da vurğulayıb.
Markos qeyd edib ki, ordu bölgənin təhlükəsizliyini təmin etmək üçün hazır olmalıdır.