Filippində təbii fəlakət nəticəsində ölən və itkin düşənlərin sayı 126-ya çatıbbackend

Filippində təbii fəlakət nəticəsində ölən və itkin düşənlərin sayı 126-ya çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində “Trami” tropik qasırğasının yaratdığı genişmiqyaslı daşqın və torpaq sürüşməsi nəticəsində ölən və itkin düşənlərin sayı 126-ya çatıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” (AP) hökumətin təbii fəlakətlərə cavabdehlik agentliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Filippinin şimal-qərb hissəsində tüğyan edən təbii fəlakət nəticəsində azı 85 nəfər ölüb, 41 nəfər itkin düşüb.

Vurğulanıb ki, ölənlərin sayının artacağı gözlənilir. Daşqınlar səbəbindən bölgənin on minlərlə sakini təxliyə edilib. Prezident kiçik Ferdinand Markos vurğulayıb ki, səlahiyyətli şəxslər böyük daşqınlara qarşı mübarizəni özündə ehtiva edən layihə üzərində işə başlamağı planlaşdırırlar.