Fransa prezidenti Emmanuel Makron bütün vəsaiti Ukraynaya dəstək üçün xərcləyib, ölkəsini və ordusunu maliyyəsiz qoyub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Vətənpərvərlər partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Fransa ordusuna bir qəpik də qalmayıb! Rəqəmlər indi ortaya çıxıb və onlar dəhşətlidir: Makron hər zaman yalan danışır! O, hər şeyi Ukraynaya verir”, – siyasətçi qəzəblənib.
Filippo həmçinin qeyd edib ki, Fransa silahlı qüvvələrinin hazırkı vəziyyəti respublika tarixində ən pis vəziyyətdir.