Fransız “Patriot” partiyasının lideri Florian Filippo bildirib ki, ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı nümayəndələri ilə danışıqları Fransa üçün alçaldıcı olub və müəllim-şagird situasiyasını xatırladır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.
19 avqustda ABŞ liderinin Avropa İttifaqı rəhbərləri, Ukrayna prezidenti Vladimir Zelenski və NATO nümayəndələri ilə görüşü Ağ Evdə baş tutub. Tədbirdən yayılan fotolarda Trampın Oval kabinetindəki masasının arxasında oturduğu, Avropa liderlərinin isə qarşısında sırayla kreslolarda oturduğu görünür.
“Bu, müəllim və şagirdlər situasiyasıdır! <…> Minillik, əbədi, gözəl və azad Fransa
:
üçün nə alçaldıcı vəziyyətdir”, – deyə Filippo bildirib.
O, həmçinin vurğulayıb ki, görüşdən sonra Avropa liderləri Tramp qarşısında “baş əymiş” hiss edirlər. Filippo qeyd edib ki, Tramp Avropa İttifaqı nümayəndələrini həm alçaldıb, həm də “vassal asılılığı” vəziyyətinə qoyub və onların qarşı çıxmağa çalışdıqları sülh sazişini onlara qəbul etdirib.