Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Rusiyaya qarşı genişmiqyaslı müharibə başlatmaq məqsədi güddüyünü bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Florian Filippo özünün “X” sosial şəbəkəsində bildirib
“Yaxınlarda fon der Lyayen Ukraynaya ‘on minlərlə əsgərin’ ‘Avropa komandanlığı altında’ göndəriləcəyini elan etdi. Məqsəd: Rusiyaya qarşı genişmiqyaslı müharibə, Avropa İttifaqını (‘Aİ’) ‘Avropa ordusu’ olan bir dövlətə çevirmək və xalqımızı davamlı müharibə ilə terror edilən qullara çevirməkdir”, – deyə siyasətçi yazıb.
Filippo əlavə edib ki, Fransada Brüssel planlarının real məqsədləri demək olar ki, müzakirə olunmur və vətəndaşları prezident Emmanuel Makronun dağıdıcı siyasətinə qarşı “oyanmağa” çağırıb.