Financial Times: Trampın komandası ABŞ-ın ÜST-dən çıxmasını istəyirbackend

Financial Times: Trampın komandası ABŞ-ın ÜST-dən çıxmasını istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komandası ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) mümkün qədər tez çıxmasını təmin etmək imkanını nəzərdən keçirir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Financial Times yazıb.

“Tramp komandasının üzvləri ekspertlərə bildirib ki, Amerikanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi günü, yanvarın 20-də bu qlobal səhiyyə strukturunu tərk etmək niyyətlərini elan etmək niyyətindədirlər” – nəşrdə qeyd olunub.

“Trampın administrasiyasında ÜST-ə etibar etməyən bir çox insan var. Onlar yeni administrasiyanın ilk günündə təşkilatı tərk etdiklərini göstərmək istəyirlər” – bu barədə Ağ Evin COVID-19 pandemiyası ilə mübarizə üzrə keçmiş koordinatoru Aşiş Jha bildirib.

O qeyd edib ki, Trampın digər tərəfdaşları ÜST-də islahatlar tələbi ilə məhdudlaşmağı təklif ediblər, lakin sonda təşkilatla əlaqələri kəsməyi tələb edən qrup qalib gəlib.