Finlandiya 100-dən çox Rusiya vətəndaşını deportasiya edibbackend

Finlandiya 100-dən çox Rusiya vətəndaşını deportasiya edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya bu il yüzdən çox Rusiya vətəndaşını deportasiya edib.

NOCOMMENT.az xəbər verir ki, oxu.az bu barədə “Iltalehti” qəzetinə istinadla məlumat yayıb.

Bildirilir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında 104 Rusiya vətəndaşı Finlandiyadan deportasiya edilib.

Nəşrin məlumatına görə, bəzi rusiyalılar ölkəni könüllü tərk etməkdən imtina edib, buna görə də polis onları Türkiyəyə müşayiət edib. Onlar oradan isə öz vəsaitləri hesabına yollarına davam ediblər. Digər hallarda deportasiya edilənlər ən yaxın açıq sərhəd keçidinin yerləşdiyi Narvaya (Estoniya) aparılıb.

Qeyd olunur ki, Finlandiya 2023-cü ilin noyabrında Rusiya ilə bütün sərhəd məntəqələrini bağlayıb.