Finlandiya 9 rus diplomatını ölkədən çıxarmaq qərarına gəldibackend

Finlandiya 9 rus diplomatını ölkədən çıxarmaq qərarına gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya hökuməti Rusiyanın Helsinkidəki səfirliyində çalışan 9 kəşfiyyat əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, hökumətdən verilən yazılı açıqlamada Finlandiya Prezidenti Sauli Niinistö ilə Nazirlər Şurasının mövcud hadisələri müzakirə etmək üçün bir araya gəldiyi bildirilib.

Rusiya-Ukrayna müharibəsi və Avropadakı mövcud təhlükəsizlik vəziyyətinin müzakirə edildiyi bildirilən bəyanatda aşağıdakılar qeyd olunub:

“Prezident və Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Nazirlər Komitəsi Rusiyanın Ukraynaya müdaxiləsini və Avropadakı mövcud təhlükəsizlik vəziyyətini də müzakirə ediblər. Prezident və Nazirlər Şurası Kahovka bəndinin dağılmasını humanitar və ekoloji fəlakət kimi pisləyir.Anbarın partlaması o deməkdir ki, Ukraynada müharibə dinc əhaliyə və ətraf mühitə geniş ziyan vurmaqla yeni formada inkişaf edir.”

NOCOMMENT.AZ