NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Finlandiya hakimiyyət orqanları yaxın gələcəkdə ABŞ ilə Müdafiə Əməkdaşlığı Sazişi (DCA) bağlamaq niyyətindədir. Bu barədə YLE məlumat yayıb.
Nəşr qeyd edir ki, iki dövlət arasında əməkdaşlıq sazişi gələn həftə qəbul olunmağa hazır ola bilər.
Helsingin Sanomat-ın məlumatına görə, Müdafiə Əməkdaşlığı Sazişi bu həftə imzalana bilər. Nəşr vurğulayır ki, sənəd, məsələn, ABŞ-a üç zonanın ayrıldığı Norveçlə razılaşmada olduğu kimi, Amerika hərbçilərinin yerlərinin dəqiq müəyyən edilməsini nəzərdə tutmur.