Finlandiya ABŞ-nin bu istəyinə qarşı çıxdıbackend

Finlandiya ABŞ-nin bu istəyinə qarşı çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya ABŞ-nin nüvə arsenalını öz ərazisində yerləşdirməyə ehtiyac görmür.

NOCOMMENT.az xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Petteri Orpo Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib.

O, səbəb kimi NATO-nun nüvə silahlarından istifadən çəkinmə tövsiyyələrini əsas gətirib. Nüvə silahlarının alyansın bir neçə ölkəsində yerləşdirildiyini qeyd edən baş nazir bunun yetərli olduğunu vurğulayıb.

Petteri Orponun sözlərinə görə, Finlandiya NATO çərçivəsində vəzifələrini yerinə yetirməyə hazırlaşır və artıq adi silahlardan istifadə etməklə alyansa qarşı potensial təhlükələrin qarşısının alınmasında iştirak edir.