Finlandiya Aİ-nin İsrailə qarşı sanksiyalarını dəstəkləyirbackend

Finlandiya Aİ-nin İsrailə qarşı sanksiyalarını dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib ki, Finlandiya hakimiyyəti İsveçin Aİ səviyyəsində İsrail nazirlərinə məhdudiyyətlər tətbiq etmək ideyasını təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Finlandiya ümumilikdə Aİ-nin İsrail hökumətinin bəzi nazirlərinə qarşı sanksiyalar tətbiq edə biləcəyi ilə bağlı İsveçin səsləndirdiyi ideyanı dəstəkləyir”, – nazir bildirib.

Bundan əvvəl “The Times” qəzeti Britaniyanın fələstinlilərin hüquqlarını pozduğuna görə İsrail kabinetinin üzvlərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşdığını yazıb.

Qeyd olunur ki, bir gün əvvəl London artıq İsrailin yeddi fiziki və hüquqi şəxsinə məhdudiyyətlər qoyub.