Finlandiya da bu təşəbbüsə qoşuldu – “Digər Avropa ölkələri də…”backend

Finlandiya da bu təşəbbüsə qoşuldu – “Digər Avropa ölkələri də…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya hökuməti Ukraynaya ötürülməsi üçün ABŞ-dən silah alınmasını nəzərdə tutan PURL təşəbbüsünə qoşulmaq qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Brüsseldə olan Finlandiya müdafiə nazirii Antti Hakkanen X sosial şəbəkəsində yazıb.

Nazirin sözlərinə görə, Finlandiya tərəfi yaxın həftələrdə təşəbbüsə öz töhfəsinin təfərrüatları üzərində işləyəcək.

“Ukraynanın müdafiəsi əhəmiyyətli dərəcədə ABŞ-dən gələn xüsusi hərbi təchizatdan asılıdır. ABŞ bəyan edib ki, Avropada aparılan müharibəyə görə maliyyə məsuliyyəti Avropaya keçir. Ona görə də Avropa ölkələri indi Amerikanın bu vacib silahlarının maliyyələşdirilməsini təmin etməlidir”, – Hakkanen vurğulayıb.

Finlandiyanınn məsuliyyət payını öz üzərinə götürəcəyini bildirən nazir müttəfiqlərinə müraciət edib: “Biz eyni şeyi digər Avropa ölkələrindən də gözləyirik. Ukraynaya davamlı dəstək xüsusilə Avropa və cəbhə xəttindəki ölkələr üçün vacibdir”.

Xatirə SADİQ