Finlandiya F-35 qırıcıları üçün raketlər alacaqbackend

Finlandiya F-35 qırıcıları üçün raketlər alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın müdafiə naziri Antti Hakkanen ABŞ-dan F-35 döyüş təyyarələri üçün AARGM-ER raketlərinin alınmasına göstəriş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Onun sözlərinə görə, bu raketlərin alınması həm müdafiə qabiliyyətini gücləndirməklə, həm də ABŞ və digər müttəfiqlərlə əməkdaşlığa imkan yaratmaqla Finlandiyanın cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini artıracaq.

AGM-88G AARGM-ER (Advanced Anti-Radiation Guided Missile – Extended Range) raketləri F-35 qırıcılarının imkanlarını tamamlayaraq, radiotezlik siqnalları yayan yer və yerüstü hədəfləri sürətlə vurmaq imkanı yaradır.