Finlandiya hakimiyyəti tətil və etiraz aksiyalarına məhdudiyyətlər tətbiq edibbackend

Finlandiya hakimiyyəti tətil və etiraz aksiyalarına məhdudiyyətlər tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 18-dən Finlandiya tətillərə məhdudiyyətlər tətbiq etməyə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

İndi onlar bir gündən, digər etirazlar isə iki həftədən çox davam edə bilməz. Bundan əlavə, hakimiyyət “həmrəylik tətilləri” adlandırılan aksiyaların, yəni digər tətilçilərə dəstək üçün bütün nümayişlərin təşkilini xeyli çətinləşdirib.

Yeni tətil qanununun pozulmasına görə, məbləği 37,400 avrodan 150,000 avroya yüksələn cərimələr ödəniləcək, əgər işçi həmkarlar ittifaqı tərəfindən təşkil edilən qanunsuz tətildə iştirak edərsə, o, 200 avro məbləğində fərdi cərimə ödəyəcək.

Öz növbəsində ölkənin Həmkarlar İttifaqları Mərkəzi İttifaqı bəyan edib ki, yeni məhdudiyyətlər Finlandiyanın imzaladığı məcburi beynəlxalq müqavilələrə ziddir və işçilərin hüquqlarının pozulmasına qarşı fəal işləmək niyyətindədir.