Finlandiya ilk NATO təlimini başa vurdubackend

Finlandiya ilk NATO təlimini başa vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya, Almaniya və Portuqaliya gəmilərinin simvolik olaraq Helsinki limanına yanaşaraq alyans üzvü kimi ilk NATO təlimini başa vurduğunu elan etdi.

NOCOMMENT xəbər verir ki, Finlandiya Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada Almaniyanın FGS Mecklenburg-Vorpommern və Portuqaliyanın NRP Bartolomeu Dias freqatlarının aprelin 16-dək paytaxt Helsinkidə lövbərdə qalacağı bildirilib.

Helsinkidə yanaşmazdan əvvəl gəmilər Finlandiya Sahil Donanması tərəfindən Finlandiya körfəzində üç Fin gəmisi ilə təşkil olunan təlimdə iştirak ediblər.

Beləliklə, Finlandiya alyans üzvü kimi ilk NATO təlimini başa vurdu.

Aprelin 4-də Türkiyə Finlandiyanın NATO üzvlüyünü təsdiq edən sənədi 1949-cu il Şimali Atlantika Müqaviləsinin himayədarı olan ABŞ-a təhvil verdikdən sonra Finlandiya NATO-nun 31-ci üzvü kimi Alyansa rəsmən qoşulub.