Finlandiya iyuldan əvvəl NATO-ya üzv olmağa ümid edirbackend

Finlandiya iyuldan əvvəl NATO-ya üzv olmağa ümid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın baş naziri Sanna Marin Helsinkidə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən əvvəl açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Finlandiyanın baş naziri Sanna Marin ölkəsinin NATO-ya üzvlük prosesinin 11-12 iyulda keçiriləcək NATO Sammiti öncəsi tamamlanacağına ümid etdiyini bildirib.

Finlandiyanın NATO-ya üzvlüyünün nə vaxt mümkün olacağı ilə bağlı sualı cavablandıran Marin, üzvlük üçün müraciət etdikləri İsveçlə birlikdə bütün kriteriyalara uyğun olduqlarını və üzv olmağı gözlədiklərini açıqlayıb.

Üzv olmağa ümid etdiklərini qeyd edən Marin NATO-nun açıq qapı siyasəti və alyansın etibarlılığının da əsas məsələ olduğunu bildirib.

NOCOMMENT.AZ