NOCOMMENT.az xəbər verir ki, Finlandiya hərbçiləri Laplandiyada Rusiya ilə sərhəddə “Salla” keçid məntəqəsində müvəqqəti hasar çəkməyə başlayıblar. Bu barədə sərhəd dəstəsinin “X” şəbəkəsindəki hesabında məlumat verilib.
“Müdafiə Qüvvələrindən rəsmi dəstək “Salla”ya gəlib. Biz birlikdə ərazidə sərhəd keçid məntəqəsindən kənarda müvəqqəti maneələr qurmağa başlayırıq”, – məlumatda deyilir.
“Salla” keçid məntəqəsi qaçqınların qəbul olunduğu Finlandiya və Rusiya sərhədində fəaliyyət göstərən sərhəd postlarından biridir. Bazar ertəsindən bazar gününə qədər saat 08:00-dan 14:00-a qədər açıqdır. Rusiya-Finlandiya sərhədində heç bir keçid məntəqəsi sutka ərzində 24 saat işləmir.