Helsinki Rayon Məhkəməsi Finlandiya hakimiyyətinin Rusiyanın “kölgə” donanmasına aid olmaqda şübhəli bildiyi Eagle S tankerinin həbsinə qərar verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Yle portalı məlumat yayıb.
“Milli Təhqiqat Bürosu (NBI) Eagle S-ni Elisa telekommunikasiya firmasına məxsus Estlink 2 elektrik kabelinə və kabellərinə ziyan vurmaqda şübhələnir”, – məlumatda deyilir.
Qeyd olunur ki, NBI bu hadisələri ağır cinayətlər kimi araşdırır. Hadisə ilə bağlı istintaq davam edir. Dəymiş ziyanın miqdarı göstərilmir.