Finlandiya NATO-ya ən sürətli qoşulan ölkələrdən biri olacaqbackend

Finlandiya NATO-ya ən sürətli qoşulan ölkələrdən biri olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün müttəfiqlər tərəfindən NATO-ya 31-ci üzv kimi daxil olmaq üçün təsdiqlənən Finlandiyanın üzvlük prosesi alyansın 74 illik tarixində ən sürətlə inkişaf edən üzvlük proseslərindən biridir.

NOCOMMENT xəbər verir ki, Finlandiya Soyuq Müharibədən bəri bir çox NATO missiyalarına töhfə verib və 1994-cü ildən “tərəfdaş ölkə” kimi bir çox məsələlərdə NATO ilə əməkdaşlıq edib, lakin keçən ilə qədər NATO-ya daxil olmaq niyyətini bəyan etməmişdi.

Finlandiya hökuməti Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra Avropada təhlükəsizlik arxitekturasının dəyişdiyini əsas gətirərək, ölkənin illərdir əməl etdiyi neytrallıq prinsipini dəyişib.